Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Paşinyan nədənsə çox qorxuya düşüb"

“Paşinyan nədənsə çox qorxuya düşüb

Tarix: 29 Sentyabr 2021 17:42

Ermənistanın baş naziri Nikol Paşinyan nədənsə çox qorxur və şəxsi təhlükəsizliyini dəfələrlə gücləndirib. İndi Paşinyanı Şimali Koreya lideri Kim Çen Indan daha çox adam qoruyur.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.

Nəşr qeyd edir ki, vaxtilə işə velosiped ilə işə gedən Paşinyan bu gün öz xalqından o qədər qorxur ki, gedə-gedə daha çox təcrid olunur və təhlükəsizliyini artırır.

Qabaqlar velosipedlə işə gedirdi

"Bu gün onun mühafizəsi ilə bütöv bir struktur məşğul olur - Milli Təhlükəsizlik Xidmətinin tərkibində fəaliyyət göstərən Dövlət Təhlükəsizlik Xidməti. Keçmişdə buna görə Serj Sarkisyanı tənqid edirdik, amma Paşinyan hər şeydə onu dəfələrlə üstələyib, ona görə də Şimali Koreya lideri ilə rəqabət apara bilər", - qəzet yazır.

Qəzet yazır ki, səfər günlərində Ermənistan parlamenti mühasirəyə alınmış bir qalaya çevrilir. Paşınyan "Yerablur" məzarına gedəndə onu təhlükə halında "havanı bağlamaq" üçün xüsusi çamadanlar daşıyan onlarla mühafizəçi müşayiət edir.

İndi isə belə edir

"Indi isə Nikol Paşinyan qanuna dəyişiklik etmək və Dövlət Nəzarəti Xidmətini özünə tabe etmək qərarına gəlib. Beləliklə, təhlükəsizliyini təmin edən quruma təsirini daha da gücləndirmək istəyir. Yəni, o DTX və onun direktoruna güvənmir", - qəzet yazır.

Ermənistan baş nazirinin şəxsi müdafiəsini dəfələrlə gücləndirdiyi barədə məlumatı Ermənistanın "İravunk" qəzeti də təsdiq edir. Nəşr onu da qeyd edir ki, Paşinyan nədənsə çox qorxur, amma onun səbəbləri hələ ki məlum deyil.

Milli.Az


Etiketlər:  Paşinyan nədənsə çox qorxuya düşüb


RƏYLƏR