Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pielonefrit

Pielonefrit

Tarix: 30 Sentyabr 2021 09:00

Pielonefrit - bakterial infeksiya fonunda böyrəklərdə iltihabi prosesin əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir.

Patoloji mikroorqanizmlər böyrəklərə orqanizmdəki qan dövranı ilə digər orqan və toxumalardan (karioz dişlərdən, frunkuldan, uşaqlıq və ya onun artımlarında olan iltihab ocağından, bağırsaqlardan, ağ ciyərdən və s.) keçə bilər.

İnfeksiya böyrəklərə həmçinin sidik axarları vasitəsi ilə sidik kisəsindən, uretradan (sidik kanalı), prostat vəzidən (kişilərdə) də ötürülə bilər. Məhz buna görə həkimlər hər zaman bədəndə olan infeksiyaların vaxtında müalicə olunmasını təkid edirlər.

Saglamolun.az bildirir ki, pielonefritinsanların bütün yaş qruplarında tez-tez təsadüf edilən xəstəliklərdəndir. Qadınlar bu xəstəliklə kişilərə nisbətən daha çox xəstələnirlər. Bu əsasən qadınların anatomik bədən quruluşu ilə izah olunur. Belə ki, qadınlarda sidik kanalının uzunluğu kişilərə nisbətən xeyli qısadır və o, anal dəlik və uşaqlıq yolunun bilavasitə yaxınlığında yerləşir ki, bu da infeksiyanın uretraya keçmə ehtimalını xeyli artırır.

Pielonefrit - bir və ya ikitərəfli ola bilər, bir və ya hər iki böyrəyi zədələyə bilər. Əksər hallarda pielonefrit birtərəfli olur.
Pielonefritin kəskin və xroniki formaları ayırd edilir.
Pielonefritin inkişaf etməsinə səbəb olan faktorlar:
- Orqanizmin ümumi vəziyyəti (xroniki yorğunluq, zəiflik, xroniki streslər);

- İmmunitetin zəifləməsi;

- Vitamin çatışmazlığı;

- Böyrəklərdə daş və ya şişlərin olması səbəbindən sidiyin xaric ounmasının pozulması.

Pielonefritin əlamətləri
Kəskin pielonefrit üçün xarekterik olan əlamətlər:

- Zədələnmə tərəfində - bel nahiyəsində olan ağrılar. Pielonefrit zamanı bel nahiyəsində olan ağrı küt və ya kəskin şəkildə ola bilər. Bəzi hallarda ağrı qarın boşluğunun sağ və ya sol yan hissəsində yerləşərək qasıq nahiyəsinə (qarının aşağı hissəsinə) yayıla bilər. Pielonefrit zamanı bel nahiyəsində olan ağrılar, adətən, xəstənin ön tərəfə əyilməsi zamanı artır.

- Sidiyin rənginin dəyişməsi: sidik bulanıq şəkildə, hətta qırmızımtıl rəngdə olur.

- Sidiyin kəskin üfunətli iy verməsi.

- Temperaturun 38-40°C-yədək yüksəlməsi.

- Ümumi zəiflik.

- İştahanın azalması.

- Ürək bulanması, bəzən isə qusma.

Xroniki pielonefrit uzun müddət ərzində əlamətsiz də keçə bilər. Dövri olaraq xəstəlik kəskinləşərək kəskin pielonefrit əlamətləri ilə müşahidə oluna bilər.


Etiketlər:  Pielonefrit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ