Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tonoyan 5 milyonluq yararsız raketlərin alışına görə saxlanıldı

Tonoyan 5 milyonluq yararsız raketlərin alışına görə saxlanıldı

Tarix: 30 Sentyabr 2021 10:18

Xəbər verdiyimiz kimi, Ermənistanın dünən saxlanılan keçmiş müdafiə naziri David Tonoyan heç yerə getməməsi şərti ilə sərbəst buraxılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Tonoyanın saxlanılması ilə bağlı yeni detallar məlum olub.

Belə ki, erməni KİV-də yayılan məlumata görə, David Tonoyan Ermənistanın Müdafiə Nazirliyi tərəfindən 5 milyon dollar dəyərində yararsız raketlərin alınması ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılıb.

Qeyd edək ki, dünən keçmiş müdafiə nazirinin evində güc strukturları tərəfindən axtarış aparılıb. Bunun ardınca isə ona qarşı ittiham irəli sürülərək saxlanılıb.

KİV-in məlumatına görə, növbədə digər sabiq müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturov var.


Etiketlər:  Tonoyan milyonluq yararsız raketlərin alışına görə saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ