Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 11:54
Türkiyə ABŞ-İsrail təhdidlərinə qarşı həm təhlükəsizliyi, həm də iqtisadi inkişafı üçün Rusiya, Suriya, İraq, İran və Azərbaycanla hər sahədə əməkdaşlıq etməlidir. Bu strateji imperativdə Rusiya əsas rol oynayır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının rəhbəri Doğu Perinçək deyib.
"Şimali Kiprin tanınması ilə əlaqədar Rusiyanın atacağı addımların kilidini açmaq vacibdir və bunun üçün Qara dənizdə Türkiyə-Rusiya dostluğunu gücləndirəcək addımlar atmaq məsuliyyəti ilə üz-üzəyik.
Krımın bu gün Rusiya ərazisi kimi tanınması həm Türkiyənin təhlükəsizliyini gücləndirir, həm də Krım türklərimizin iradə və maraqlarının tələbidir. Qara dənizdə Ukraynanı ABŞ-ın nəzarətindən azad etmək yalnız bu konteksdə həyata keçiriləcək.
Türkiyə və Rusiyanın iştirakı ilə Suriyanın ərazi bütövlüyü də təmin edilə bilər. Suriya dövlətinin yeganə nümayəndəsi Bəşər Əsəd rəhbərliyidir. Bəşər Əsəd əleyhinə bəzi müxalif görünüşlü separatçı təşkilatları dəstəkləməyin bədəli çox ağırdır", - Perinçək qeyd edib.