Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaksinasiya olunmuş tələbə universitetə buraxılmır - VİDEO

Vaksinasiya olunmuş tələbə universitetə buraxılmır - VİDEO

Tarix: 30 Sentyabr 2021 15:00

Koronavirus əleyhinə hər iki doza üzrə peyvəndlənmiş tələbə nə universitetə, nə də ticarət obyektlərinə buraxılır.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Bakı Dövlət Universitetinin II kurs tələbəsi olan Nicat Quliyev hər iki doza üzrə peyvəndlənib, amma onun adı vaksinasiya olunanların məlumat bazasına salınmayıb. Ona görə də Mingəçevir şəhər sakini olan Nicat Quliyev nə universitetə, nə də ticarət obyektlərinə buraxılır.

Nicat Quliyev iddia edir ki, Mingəçevir şəhər 2 saylı poliklinikada hər iki doza üzrə vaksinlənib, ancaq onun adı müvafiq elektron sistemə daxil edilməyib.

Nicat Quliyev Mingəçevir şəhər xəstəxanasına gedib. Oradan isə bildiriblər ki, onun adından TƏBİB-ə məktub göndərildikdən sonra adı sistemə salınacaq.

Şikayətçi iddia edir ki, üzərindən 20 gün keçməsinə baxmayaraq, hələ də bir nəticə yoxdur. Hazırda Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin ikinci kurs tələbəsi olan Nicat Quliyev deyir ki, o, mövcud problemə görə universitetə buraxılmır.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetindən bildirilib ki, istənilən tələbənin əlində kağız daşıyıcıda ''Peyvənd sertifikat''ı varsa universitet ərazisinə daxil ola bilər.

Mingəçevir Rayon Xəstəxanasından isə ''Xəzər Xəbər''ə deyilib ki, məsələnin həlli ilə bağlı aidiyyəti üzrə müraciət edilib və vətəndaşın problemi tezliklə həll olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Vaksinasiya olunmuş tələbə universitetə buraxılmır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ