Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Laçın dəhlizinə görə Azərbaycandan nə istəyir? - Bakı gözləməyi düşünmür

Rusiya Laçın dəhlizinə görə Azərbaycandan nə istəyir? - Bakı gözləməyi düşünmür

Tarix: 30 Sentyabr 2021 17:12

"Ərdoğan da, Putin də Qarabağ məsələsində öz siyasi dividentlərini qazanmış, hazırda bu mövzunu öz dövlət maraqları, siyasi kurslarına uyğun şəkildə istismar edirlər. Yəni Qarabağda həllini tapmamış mövzular 5 il belə həllini tapmazsa, bu istər Türkiyə, istərsə də Rusiyada gündəm olmayacaq, narazılıq yaratmayacaq və hakimiyyətlər üçün təhlükə deyil".

Bunu Sonxeber.net-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

Ekspert bildirib ki, Ermənistan ancaq "Dəmir Yumruq"la iddiasından imtina edə bilər:

"Soçi görüşündəki müsbət amilə gəlidkdə isə bu amil elə görüşün baş tutması faktıdır, yəni Rusiya ilə Türkiyə arasında əlaqənin olması, mövcud problemlərin həllində dialoqa üstünlük verməsi faktıdır. Hazırki dövrdə bu görüşdən Azərbaycanın xeyrinə əlavə nəyisə gözləməkdə əsas görmürəm. Rusiya üçün Qarabağda vacib olanı iki ölkə arasında yolların bərpasıdır. Çünki yol, ünsiyyət demədir, o öz arxasınca biznes, humanitar münasibətlərə şərait yaratmış olur. Azərbaycanda eşitmək istəməsələr də, Moskva hər dəfə problemin köklü həlli ilə bağlı alqoritmi təkrar edir: Ermənistanla danışıqlara oturmadan hazırki status-kvo qorunacaq. Onu da deməliyəm ki, Rusiyada yaxşı başa düşürlər ki, danışıqların nəticə verəcəyi mümkünsüzdür, çünki Ermənistan ancaq "Dəmir Yumruq"la iddiasından imtina edə bilər. Yenidən "Dəmir Yumruğ"un tətbiq edilməsinə isə Azərbaycanın imkanları artıq məhduddur. Bu o demək deyil ki, biz Qarabağda tarixi Qələbədən sonra vacib uğurlar qazana bilmərik, - bu mümkündür, amma əvəzində Rusiyaya nəsə verməliyik. Prezidentin silah almaq bəyanatı, yaxud sülhməramlıların ünvanına olan müsbət fikirləri sözügedən alış-verişin və yaxud Rusiyaya olan güzəştin tərkib hissəsidir ki, Rusiyanın gözləntiləri bununla bitmir. Biz başa düşməliyik ki, "Rusiya - Azərbaycan dostluğu", "prezidentlərin dostluğu" kimi söz birləşmələri təbliğat klişeləridir ki, buna ümidlənib, belə tezliklə Laçında post açılacağını gözləməyə dəyməz.

Odur ki, Azərbaycan Qarabağın yerdə qalan hissəsinin müqavimətini ordakı erməni əhalisinə münasibətdə müxtəlif informasiya - psixoloji əməliyyatlar həyata keçirməklə qırmağa üstünlük verəcək. Qarabağın bərpasına olan diqqət və bütün dövlət təbliğatının Qarabağ üzərində qurlması yuxarıda dediyim strateji gedişatın təzahürüdür. Daxili auditoriyaya, istərsə də xarici aktorlara çox həm də sərt ismarıclar göndərilə bilər, amma Azərbaycanda Kreml amilini qeyri-ciddi saysaydılar, Azərbaycan ordusu Xankəndi əməliyyatını dayandırmazdı və Araik Arutunyan kimi cinayətkara qarşı dözümlülük və səbr nümayiş etdirməzdi".

Təhməz Əsədov


Etiketlər:  Rusiya Laçın dəhlizinə görə Azərbaycandan istəyir Bakı gözləməyi düşünmür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ