Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 17:25
"Ora ziyarət dağıdır, müqəddəs ocaqdır. Orada müqəddəslər uyuyur. Cəbrayılda dünyasını dəyişən dəyərli insanlar ziyarət dağında dəfn olunub. Yoldaşım da orada dəfn olunmuşdu. O, dağdan Şuşa, Qubadlı, Zəngilan görünür. Ermənilər təkcə insanlara yox, torpağa, qəbirə də təcavüz edib. Bütün qəbirlər dağıdılıb. Müqəddəslərin qəbrini altını üstünə çeviriblər. Yoldaşımın başdaşı yaşıl mərmərdən idi. Başdaşı dağıdılmışdı, amma bir qırıq yaşıl mərmər qalmışdı. Onunla tapdım".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Bizimləsən" proqramında deyib. Müğənni şəhid həyat yoldaşı Zahid Əhmədovun Cəbrayılda məzarını tapmasından danışıb. O bildirib ki, ermənilər sağ vaxt yoldaşının başına pul qoyubmuş:
"Onu tanıyırdılar. O vaxtkı Hadrutun (Suqovuşan - red.) prokurorunun oğlunu öldürmüşdü. Ermənilər onu öldürmək üçün başına pul qoymuşdular. Ona görə də onun qəbrini dağıdıblar. Bütün qəbrlər bir tərəfdən oyularaq açılıb... Vəhşi erməninin əməlidir ki, qəbirləri açıb dəfn olunanları çıxarıblar. Dəmir parçaları atmışdılar ki, cəsədləri çıxarsınlar. Yoldaşımın da qəbrində böyük oyuq var idi, eləydi. Müsəlmanlarda cəsəd çiyniüstə dəfn olunur. Məhz o tərəfdən qazılıb və çıxarılıb".