Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazi ailəsinin torpaq problemi - VİDEO

Qazi ailəsinin torpaq problemi - VİDEO

Tarix: 30 Sentyabr 2021 18:42

Ağcabədi RİH: Şikayətçinin iddiası rəsmi sənədlərlə təsdiqini tapmayıb

Milli.Az Real TV-yə istinadən bildirir ki, Ağdaşdan Qazi verilişimə müraciət edən Səttar Səttarzadə Vətən müharibəsi başlayan vaxt həqiqi hərbi xidmətdə olub. Oktyabrın 9-dək döyüşlərdə iştirak edib. Yaralandıqdan sonra isə tərxis olunub. Hospitalda müalicə olunan zaman bədənindəki qəlpələr çıxarılsa da, 7 qəlpə hələ də qalıb.

Ayağında 7 qəlpə ilə gəzən qazi hazırda işsizdir və atasının himayəsindədir. Elə bizizmlə də özü yox atası danışdı. Əslində qazinin atası Cavad dayı da bu gün işizdir. Ailənin kiçik oğlu isə universitet tələbəsidir. müsahibim deyir ki, işsiz olmağımın səbəbi mənə aid olan torpağımın əlimdən alınmasıdır.

Cavad dayı deyir ki, Ağcabədi rayonunun Hacıbədəyli kəndində 40 hektar torpaq bizim ailəyə məxsusdur. Onu da deyim ki, müsahibimin dediyi 4 hektardan ancaq 3 hektarı rəsmi sənədlə ona aiddir:

"Hətta rəsmi zəbt edilməsi barəsində Dövlət Reyster xidməti tərəfindən arayış,akt da yazılıb göndərilib ki,bəli GPS-lə ölçüldü yerimi də təsdiq etdilər.Ən az 50 dəfə Respublika prokurorluğuna ,DİN-ə mənim şikayətim var.Əgər mən öz torpaqlarımdan istifadə edə bilsəydim,o imkanı versəydilər,mənim qazi olan oğlum işsizdir onun da cibinə pul qoyardım.O da istədiyini geyinərdi,istədiyicə gəzərdi.Bu sıxıntı yaşamazdı.O biri oğlumun iki ildir,təhsil haqqını ödəyə bilmirəm.Əgər mənim torpaqlarım zəbtdən azad olsaydı,mənim özümə qaytarılsaydı,istifadə etmə imkanını mənə versəydilər,mən onun da təhsil haqqısını ödəyərdim.Bu qədər sıxıntı içində yaşamazdım.Evimizi də görürsünüz.Əgər mənə imkan versəydilər .Mən öz evimi də yavaş-yavaş tikərdim.Mən də rahat yaşayardım".

Qazinin özü də elə maddi sıxıntılarla bağlı əziyyət çəkdiyini deyir. Bildirir ki, əgər torpaq sahələrindən istifadəyə icazə verərlərsə, oranın məhsulundan gəlir əldə edərək bu sıxıntılardan yaxa qurtara bilərlər:

"2 ildir ki, məhsulumuz var, məhsulumuz qalıb, batıb ona da baxılması haqqda sizdən xahiş edirik".

Ağcabədi RİH başçısı aparatının şöbə müdirinin müavini Muxtar Babayev isə qazinin atası Cavad Cəlilovun 40 hektar ərazidə torpaq sahəsinin olması ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini bildirdi:

"84 saylı arayışla 10 sentyabr 2021-ci il tarixli Hacıbədəyli Bələdiyyə sədrinin və inzibati ərazi dairəsi üzrə nümayəndənin verdiyi rəsmi arayışa əsasən bu da Cəlilov Cavad Səttar oğlunun bildirdiyidir.Həmin adamlarla hələlik görüşülmüyüb.2 hektar 48 sot torpaq sahəsidir.Bunun bildirdiyinə görə guya icarəyə götürüb.Bu da təsdiqini tapmayan məsələdir.Ona görə ki,bunun içində biri Rzayev Rəhman dünyasını dəyişib həmin torpağı Ələkbərov Tahirə satıb.Bunun iddia etdiyi 3200 ədəd oğurlanmış presi də Ələkbərov Tahirin biçib götürdüyü yonca yerində olmuş pres olub.Biz məsələ ilə bağlı yerində baxış keçirmişik.Orda olan adamlar həmin ərazi də Ələkbərov Tahirin icarəsində olmuş torpaq sahəsi kimi bizə təqdim olunub.Ona görə də Cəlilov Cavadın aidiyyatı orqanlara müraciəti heç vaxtı öz təsdiqini tapmayıb".

Araşdırmaların nəticəsini siz də görüdünüz eşitdiniz. Belə bir cavabdan sonra daha deməyə söz qalmır.

Milli.Az


Etiketlər:  Qazi ailəsinin torpaq problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ