Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gündən dəmir yol və avtomobillə rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq

Bu gündən dəmir yol və avtomobillə rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq

Tarix: 1 Oktyabr 2021 00:24

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv olunur.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.

Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında COVID-19-a qarşı birinci doza və ya immunitet sertifikatı tələb olunur. COVID-19 pasportlarının verifikasiyası xüsusi mobil tətbiqetmə ("Check App") vasitəsi ilə həyata keçiriləcək.

Milli.Az


Etiketlər:  Bu gündən dəmir yol avtomobillə rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq


RƏYLƏR