Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 20:24
"Keşlə"nin məşqçisi Zaur İsmayılov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
- Ağır oyun keçdi. Hər iki komanda son sıralarda idi. Hər iki tərəfə qələbə lazım idi. Sevinən tərəf biz olduq.Futbolçulara təşəkkür edirəm. Rəqibə uğurlar arzulayıram.
- Sanki Sənan Qurbanovun texniki zonada yoxluğu daha çox "Keşlə"nin xeyrinədi...
- Belə deməzdim. O, kənardan da olsa, göstərişlərini verirdi. Qələbəmiz çoxdandır gözlənilirdi.
- Matçdan sonra Felipe Santozdan tərbiyəsiz jesti oldu. Epizodu gördünüzmü?
- Görmədim. Baxacağıq, belə bir şey olubsa, cəzasını alacaq.
- 90 dəqiqə qapandınız. Bu sizin tapşırığınız idi, yoxsa komanda məcburən geri çəkilirdi?
- Rəqibi mərkəzdə qarşılamaq istəyirdik. Erkən qoldan sonra da arxaya çəkildik. Bu, rəqibin hücumları ilə bağlı idi. "Sabah"da texnikalı futbolçular çoxdur. İrəli çıxsaq, çoxlu təhlükələr ola bilərdi.
- Komanda son iki matçda 4 xal toplayıb. Belə məqamda çempionatda fasilə yaranması komandanın ziyanına olmayacaq ki?
- Fasilə olmasa, daha yaxşı olardı. Hər halda biz də boşluqlarımızın üzərində işləyəcəyik