Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan İsraildən “Arrow 3” kompleksini ALIR?

Azərbaycan İsraildən “Arrow 3” kompleksini ALIR?

Tarix: 3 Oktyabr 2021 22:03

Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində İsraildən Azərbaycana müasir "Arrow 3" Hava Hücumundan Müdafiə kompleksinin ixrac etməsi ilə bağlı məlumatlar yayılır.

Sonxeber.net kaim.az-a istinadən bildirir ki, bəzi istifadəçilər kompleks artıq Azərbaycanın Hava Hücumundan Müdafiə qoşunlara inteqrasiya edildiyini, kompleksin "Super Green Pine" radarından, "Citron Tree" döyüş əməliyyat sistemindən və "Hazlenut Tree" raket buraxılışına nəzarət mərkəzindən ibarət olduğunu da iddia edirlər. Adətən belə bir müzakirələr bir dəli erməni tərəfindən "quyuya atılan daş" effekti yaradır. Erməni deyir, bizimkilər də olduğu kimi tirajlayır.

"Arrow -3" kompleksi ən son hazırlanan müasir və effektiv raket əleyhinə müdafiə (RƏM) komplekslərindən biridir. Onun 2000 kilometrə məsafədə və 100 km-ə qədər yüksəklikdə uçan raketləri ələ keçirməsi, kompleksin "İskəndər-M" raketlərini sıradan çıxarmaq üçün yetərli olduğunu göstərir.

İsrail Raketdən Müdafiə Təşkilatı "Arrow 3" ballistik raketdən müdafiə sisteminin yerli sınaqlarını 2019-cu ilin əvvəlində keçirib. "Israel Aerospace Industries" şirkətinin rəhbərlik etdiyi sınaq uğurla nəticələnmişdi. 7 ay sonra isə ABŞ və İsrail Alyaskada adı çəkilən raketdən müdafiə sisteminin növbəti sınağını uğurla həyata keçirdi. Sınaqlar kompleksin birgə hazırlandığını göstərir.

İran raket proqramını dayandırmadıq üçün İsrail və Birləşmiş Ştatlar raketdən müdafiə imkanlarının möhkəmləndirilmək məqsədilə bu kompleksi birgə hazırlayıblar. "Arrow 3" kompleksində istifadə edilən raket isə İsrailin Müdafiə Nazirliyi ilə ABŞ-ın Raketdən Müdafə Agentliyi tərəfindən birgə təkmilləşdirilib. Kompleksin əsas təyinatı rəqibləri qitələrarası ballistik raketlərini Yerin atmosferinə daxil olmadan, yəni daha yüksək hündürlüklərdə zərərsizləşdirməkdən ibarətdir.

Təbii ki, müharibəni uğurla başa çatdıran Azərbaycan Ordusu, mümkün döyüş əməliyyatları zamanı mülki əhalinin yaşadığı ərazilərin hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə sərf edilən sursat arsenalını bərpa etməklə bərabər, raket zərbələrini daha səmərəli şəkildə zərərsizləşdirmək üçün yeni silah sistemləri əldə etməlidir. Məhz bu zərurəti nəzərə alan bəzi istifadəçilər, Hava Hücumundan Müdafiə qoşunlarının "Arrow 3" kompleksinin alınması üçün fərziyyələr irəli sürürlər, lakin onlar nəzərə almalıdır ki, hətta müttəfiqlərimiz belə birgə istehsal etdikləri müasir silah sistemlərinin heç də hamısını bizə çatdıra bilmirlər. Bu bir neçə faktorla əlaqəli ola bilir. İxrac üçün həmin silah sistemlərinin hazırlanmasında iştirak edən, sərmayə yatıran və ya texnologiya transfer edən digər ölkələrin də razılığı zəruridir. Silahın əldə edən tərəf də onu üçüncü tərəfə ötürməkdə sərbəst deyil. Müştəri istehsalıçıya əldə etdiyi silah və avadanlıqların son istifadəçisi ("end user") haqqında sertifikat verməyə borcludur. Adı çəkilən "Arrow 3" kompleksi də İsrail və ABŞ tərəfindən birgə hazırlanıb.

Təbii ki, İsrial ilə Azərbaycan arasında münasibətlər yüksəsk səviyyədədir, İsrialin istehsal etdiyi məhsullar SSRİ/Rusiya silahlarından daha müasir və daha səmərəlidir. Davamlı olaraq Azərbaycana texniki dəstək verən İsrail mütəxəssisləri ilə bu tip komplekslərin alınması 5-6 dərəcəli mütəxəssislər arasında müzakirə edilə bilər, amma bu tip komplekslərin alınmasına və ya satılmasına qərar dövlət başçısı səviyyəsində qəbul edilir və adətən müttəfiq ölkə rəhbəri ilə təkbətək görüşlərdə müzakirə edilir. Belə bir görüş də hələlik baş tutmayıb. Odur ki, hələlik "Arrow 3" kompleksinin Azərbaycan tərəfindən alınmasına dair iddiaların heç bir əsası yoxdur, alt səviyyədə müzakirələr Ordumuzun bu kompleksi alması demək deyil.

Müttəfiqi olan Türkiyəyə "Patriot" zenit raket komplekslərini və ya F-35 qırıcılarını satmaqdan imtina edən ABŞ-ın Azərbacana müasir raket əleyhinə texnologiyanın çatdırılmasına icazə verəcəyi real görünmür. Bu bəlkədə Trampın hakimiyyəti zamanı müzakirə oluna bilərdi, Bayden dönəmində isə bu real səslənmir.
Hazırda "Arrow 3" kompleksi Azərbaycan HHM sisteminə inteqrasiya edilməyib, ondan istifadə olunmur, hətta bu ilin sonuna qədər belə bir kompleksin əldə edilməsi də gözlənilmir, onun idxalı satınalınma planına da daxil deyil. Əlavə olaraq kompleksin komponentləri barədə yazılanlar da doğru deyil, sadəcə buna zaman sərf etmək istəmirəm.


Etiketlər:  Azərbaycan İsraildən Arrow kompleksini ALIR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ