Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dastana dönən şəhid ömrü - VİDEO

Dastana dönən şəhid ömrü - VİDEO

Tarix: 5 Oktyabr 2021 14:18

Tankçı Elçin Süleymanov Aprel və II Qarabağ müharibəsinin iştirakçısı olub

Onların qəhrəmanlıq yolu eyni, ömür yolları isə fərqli olur. Sevgiləri, amalları bir olan Vətən müharibəsinin qəhrəmanlarından olan elə şəhid Elçin Süleymanov kimi...

Elçin Tehran oğlu Süleymanov 1991-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində doğulub. O, 2009- cu ildə orta təhsilini başa vuraraq, qisas alınmalıdır deyə əsgərliyə yola düşür. Şəhidimizin bir amalı olub vətən üçün vuruşmaq, torpaq üçün ölmək.. Uşaqlıqdan tankçı olacam deyən Elçin elə bu istəyinə də nail olur.

O, 2014- cü ildən Azərbaycanın Quru qoşunlarında tankçı vəzifəsində xidmət etməyə başlayır.. Müddətdən artıq hərbi xidmət yolu keçmiş Şəhid Elçin Süleymanov Aprel döyüşlərinin iştirakçısı da olur.

Göstərdiyi qəhrəmanlıq tək bu döyüşlərlə bitmir. İkinci Qarabağ savaşı başlayan zaman ön cəbhədə vuruşan Elçin biz ölərik təki vətən sağolsun deyərək sentyabrın 30-da Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşur.

İndi şəhidimizdən geriyə bir qız övladı qalıb. Elçinin anasının adını daşıyan Xalidə balamız, olacaqları tam dərk etməsə də , böyüdükcə atası ilə qürur duyacaq.

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Şəhid Elçin Süleymanov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzuli rayonunun azad olunmasına görə", "Cəbrayıl rayonunun azad olunmasına görə" medalları ilə təltif edilib.


Etiketlər:  Dastana dönən şəhid ömrü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ