Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 15:48
"Elnurun vəziyyətində yaxşılaşma yoxdur".
Sonxeber.net xəbər verir ki, bu barədə oxu.az-a onun həyat yoldaşı məlumat verib.
O bildirib ki, Elnurun müalicəsi üçün həkimlər əllərindən gələni etsələr də, vəziyyətində irəliləyiş qeydə alınmayıb:
"Müalicələr davam edir. Zəruri olan hər bir tədbir görülür. Ümid bir Allaha qalıb. Ancaq dua edirəm ki, Elnur sağ salamat evə qayıtsın".
Xatırladaq ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda "Yeni Klinika"da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir.