Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elektrikli moped üçün hazırlanmış yeni litium-karbon batareya enerjini 90 saniyəyə yığır

Elektrikli moped üçün hazırlanmış yeni litium-karbon batareya enerjini 90 saniyəyə yığır

Tarix: 5 Oktyabr 2021 22:12

Almaniyadan olan mühəndislər elektrikli mopedlər üçün nəzərdə tutulmuş sürətli şarj texnologiyalı yeni növ batareya yaradıblar. Məlumata əsasən yaradılmış yeni litium-karbon batareya 90 saniyə ərzində tam şarj oluna bilir. Sözügedən litium-karbon batareya Almaniyanın Mahle və Allotrope Energy adlı şirkətlərinin birgə əməkdaşlıqları çərçivəsində yaradılıb. Məlumatda qeyd edilib ki, bu batareyanın göstəriciləri indiyənə kimi bazarda təqdim edilmiş bütün batareyaların göstəricilərini geridə qoyub. Onun tam şarj olunması üçün sərf olunan zaman isə adi avtomobilin yanacaq ilə doldurulmasına sərf olunan zaman ilə eynidir.

Bununla belə bu batareya elektrikli mühərriklərə xas olan özəllikləri özündə qoruyub saxlayır. Söhbət, heş bir zərərli tullantının olmamasından və yanacaq qiyməti ilə müqayisədə aşağı qiymətə sahib elektrik enerjisindən gedir. Hal hazırda mühəndislər öz ideyalarını böyük olmayan prototip çərçivəsində reallaşdırıblar. Layihə çərçivəsində hazırlanmış 500 vatt saat həcmli batareya 40 km-ə qədər yol qətt edə bilən elektrikli mopedə quraşdırıla bilər. Bundan əlavə olaraq yüksək sürətli şarj texnologiyası sayəsində batareya tam enerjini 90 saniyə ərzində yığa bilir.

Mövcud olan elektrikli motosikletlərə quraşdırılmış batareyaların isə tam şarj olunmaları üçün minimum 30 dəqiqlə vaxt lazım olur. Batareyanın tərkibində litium-ion batareyadan ibarət yüksək sürətli anod yerləşir və onu superkondensatordan ibarət katod tamamlayır. Nəticədə mühəndislər 20 kilovatt saat sürətində şarj prosesi göstəricisini əldə edə biliblər. Digər bir vacib faktor isə ondan ibarətdir ki, batareyanın istehsalında nadir torpaq elementlərindən istifadə olunmayıb. Bu öz növbəsində batareyanın istehsalat prosesinin xərcini aşağı salıb.

Milli.Az


Etiketlər:  Elektrikli moped üçün hazırlanmış yeni litium karbon batareya enerjini 90 saniyəyə yığır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ