Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2021 09:30
Fransalı idmançı Saxara səhrasında təşkil edilən marafon yarışı zamanı həyatını itirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qeyd olunur ki, 50 yaşlı fransalı atlet səhranın Mərakeş hissəsində təşkil olunan "Marathon des Sables" yarışının ikinci mərhələsində mübarizə apararkən qəflətən yıxılaraq ölüb.
Təçkilatçılar hadisə baş verən əraziyə tibbi vertolyot çağırıb.
Həkimlər idmançının həyatı uğrunda 45 dəqiqə mübarizə aparsa da, kənar müdaxilə heç bir nəticə verməyib.
Bildirilir ki, qaçışçı marafondan öncə bütün tibbi müayinələrdən keçib və səhhətində hər hansı problem aşkarlanmayıb.