Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 07:24
Hamı bilir ki, soğan çox faydalı tərəvəzdir. Lakin tək soğan deyil, onun qabıqları da çox faydalıdır.
Soğan qabığı insanın:
- immun sistemini möhkəmləndirir,
- iltihab əleyhinə və antiseptik təsirinə malikdir,
- aterosklerozla mübarizə aparır,
- ürək əzələsinin və damarların tonusunu artırır,
- qan dövranı yaxşılaşdırır,
- qanda xolesterinin səviyyəsini azaldır,
- sidik və öd qovucu təsir edir,
- qadınlarda və kişilərdə sidik-cinsiyyət sistemi iltihabları, qadınlarda menstruasiya funksiyasının pozulması zamanı yaxşı təsir edir,
- orqanizmi şlaklardan və toksinlərdən təmizləyir,
- yaraların, yanıqların daha tez sağalmasına kömək edir,
- xərçəng əleyhinə təsir edir və s.
Dəmləməni hazırlamaq üçün xırda doğranmış 2 xörək qaşığı soğan qabıqların üzərinə 400 ml qaynar su əlavə olunur və 15 dəqiqə ərzində su hamamında qaynadılır. Daha sonra dəmləmə soyudulur və süzülür.
Saglamolun.az bildirir ki, bu dəmləmə bu kimi hallarda uğurla istifadə oluna bilər:
- angina zamanı qarqara şəklində,
- bronxit zamanı. 1 xörək qaşığı soğan qabıqları dəmləməsi + 1 xörək qaşığı bal isti südə əlavə olunur və axşam yatmazdan əvvəl içilir.
- soyuqdəymə zamanı. 2 xörək qaşığı soğan qabığı dəmləməsinə 1 çay qaşığı bal əlavə olunur və gündə 3 dəfə qəbul olunur.
- yaz və payız avitaminozları zamanı. 1 stəkan soğan qabığı dəmləməsi + 1/2 stəkan limon şirəsi qarışdırılır və gün ərzində 2 dəfə yeməkdən sonra 1/3 stəkan içilir. Müalicə kursu - 21 gün.
- damaqların iltihabları zamanı. Dəmləmə ilə gün ərzində 3 dəfə qarqara edilir.
- qadınlarda cinsiyyət sistemi iltihabları və menstrual funksiyasının pozulmaları zamanı. Soğan qabığı dəmləməsi gündə 3 dəfə olmaqla qəbul olunur (stəkanın 1/3 hissəsi). Müalicə müddəti - 2-3 həftə.
Soğan qabığı digər xəstəliklər və pozulmalar zamanı da uğurla istifadə olunur. İstifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.