Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 23:20
Apple hələ bir neçə müddət bundan öncə iPhone 13 smartfon seriyasını təqdim etsə də, artıq gələn ilki iPhone 14 barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Ortaya çıxmış məlumata əsasən gələn il iPhone 14 modelləri daha böyük həcmli daxili yaddaşa sahib olacaqlar. Bu il Apple şirkəti iPhone 13 modellərində maksimal daxili yaddaş həcmini 2 dəfə yüksəldərək 1 TB-a çatdırmışdı. Lakin söhbət, yalnız iPhone 13 Pro və iPhone 13 Pro Max modellərindən gedir. Görünür, bunun əsas səbəblərindən biri də yeni kamera funksiyalarıdır. Belə ki, saniyədə 30 kadr sürətlə 4K keyfiyyətində ProRes videonun çəkilməsi üçün istifadəçiyə 256 GB yaddaş lazımdır.
İndi isə məlumat verilib ki, gələn ilki iPhone 14 modelləri 2 TB daxili yaddaş həcminə sahib olacaqlar. Söhbətin hansı iPhone 14 modellərindən getdiyi barəsində məlumat verilməyib. Lakin çox güman ki, 2 TB-lıq daxili yaddaş həcmi yalnız Pro modellərdə reallaşdırılacaq. Bu halda digər modellərin maksimal daxili yaddaş həcmlərinin 512 GB-dan 1 TB-a yüksələcəklərini gözləmək olar. Qeyd etmək lazımdır ki, ortaya çıxmış bu məlumata bir qədər şübhə ilə yanaşmaq lazımdır. Belə ki, iPhone 14 seriyasının təqdimatına hələ çox zaman var və bu müddət ərzində şirkətin planları dəyişə bilər.