Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 11:12
İngiltərə "Lester"inin futbolçusu Keleçi İheanaço Nigeriya millisinin düşərgəsində qalmaqal yaradıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Score Nigeria" nəşri informasiya yayıb. 25 yaşlı hücumçu ondan müsahibə götürmək istəyən müxbirə hücum çəkib.
Hadisə şahidlərinin sözlərinə görə, o, jurnalisti təpikləyərək kənara itələyib.
Nigeriya Futbol Federasiyası və İdman Jurnalistləri Assosiasiyası hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, İheanaço bu mövsüm "Lester" in heyətində bütün turnirlərdə 10 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.