Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 12:40
Xərçəngdən əziyyət çəkən aktrisa Canan Ergüdər müalicə dövründən danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa çəkilişdən evə qayıdıb duş aldığı zaman sinəsində dəyişiklik görüb və həkimə müraciət edib:
"Analizlərin nəticələrini yoxladıqdan sonra artıq onun üzündəki dəyişiklikdən anladım. Nə edə bilərsən?! Oturub yüksək səslə ağladım. Düşüncələrimin başında oğlum dururdu. Cəmi 3 yaş yarımlıqdır. Başıma bir şey gəlsə, ona nə olar deyə fikirləşdim".
Canan xəstəliyi ilə bağlı nəticələrin cavabını rəsmi olaraq aldığı anı isə belə xatırlayır:
"Çəkilişdə idim. Aktyor yoldaşlarım, rejissorlar, prodüserlər... Hamı mənimlə eyni vaxtda öyrəndi. Çəkiliş meydançasının ortasındaydım, telefonuma zəng gəldi. Nəticə gözlədiyimi hamı bilirdi. Və həmin zənglə döş xərçəngi olduğumu öyrəndim".
O, sonuncu rol aldığı "Menajerimi ara" serialında saçları tökülənə qədər işlədiyini qeyd edib. Pariklə ekranlara çıxmaq istəmdəyini deyən aktrisa Feris obrazının sonunu ssenaridə dəyişikliyə gedərək gətirdiklərini bildirib.
Müalicə müddətinin çox çətin keçdiyini açıqlayan C.Ergüdər günlərlə yataqda qaldığını, hazırda özünü daha yaxşı hiss etdiyini və prosesin davam etdiyini söyləyib.