Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın varlığı Azərbaycandan asılıdır - Bakıdan ÖNƏMLİ ADDIM

Ermənistanın varlığı Azərbaycandan asılıdır - Bakıdan ÖNƏMLİ ADDIM

Tarix: 8 Oktyabr 2021 14:57

"Əslində 1991-ci il 18 oktyabrda qəbul edilən Konstitutsiyamızda Müstəqillik haqqında qanunda göstərilir ki, biz müstəqilliyimizi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi kimi qəbul etdik, bərpa etdik. Əgər biz varis kimi müstqəilliyimizi qəbul ediriksə, şübhəsiz ki, biz 1918-1920-ci illərdə AXC-nin ərazilərinin də varisiyik".

Bunu Sonxeber.net-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, geosiyasət və konfliktologiya üzrə ekspert Kərəm Məmmədov deyib.

O bildirib ki, 28 Mayın Müstəqillik Günü, 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi gələcəyə hesablanmış bir addımdır:

"Müstəqillik Günü haqqında" qanun layihəsində dəyişiklik edilməsi iə bağlı təşəbbüsündəki kimi 28 Mayın "Müstəqillik günü" adlandırılması qərarını çox normal qəbul edirəm. Bu, tarixi bir addım ola bilər. Hamı bilir ki, Göyçə, Zəngəzur, İrəvan, bütövlükdə götürəndə Ermənistanın ərazisinin hamısı Azərbaycanın tarixi torpaqlarıdır. 1918-ci ildə (28 May) Cümhuriyyət elan olunanda zamanın tələblərinə uyğun məcbur olaraq İrəvanı ermənilərə güzəşt etmişik. Bu fakt rəsmi tarixi sənədlərdə də, arxiv protokollarda da öz əksini tapır. Bunlar hamısı hüquqi sənədlərlə təsbit olunubdur, üzərindən 103 il keçir. Amma biz o torpaqlardan heç vaxt tam əl çəkməmişik, imtina etməmişik, o ərazilər bizim tarixi torpaqlarımızdır.

Gələcəkdə, zaman, şərait yetişəndə biz o torpaqlara da qayıtmalıyıq. O torpaqlar tam olaraq Azərbaycanın tərkibinə daxil olmasa da, Azərbaycan tam nəzarət etməsə də ən azından bizim soydaşlarımız, biz azərbaycanlılar olaraq öz tarixi torpaqlarımıza qayıtmalıyıq, orada yaşamalıyıq. Çünki təkcə 1988-1989-cu illərdə bizim 500 minə yaxın soydaşlarımız ermənilər tərəfindən doğma el-obasından kütləvi şəkildə qovuldular. İndi o ərazilər Ermənistan adlansa da, amma tarixdə də bizə aid olduğu məlumdur, yaxın keçmişə qədər də o torpaqlarda yaşayıb, yaratmışıq. Ən azından azərbaycanlılar o ərazilərdə yenidən yaşamağa qayıtmalıdır, baxmayaraq ki, o torpaqlar indi Ermənistan ərazisi kimi göstərilir. 

Ərazi baxımından bu, çox böyük bir problemli məsələdir. Düzdür, o əraziləri biz indi Ermənistandan geri ala da bilərik. Real vəziyyətlə, real şəraitlə dəyərləndirsək biz Göyçəni, Zəngəzuru, İrəvanı Ermənistandan zorla ala da ala bilərik. Amma orada çox böyük başqa məsələlər ortaya çıxır. Həm siyasi, həm hüquqi, həm də beynəlxalq normalar baxımından götürəndə Ermənistan o zaman məhv olmalıdır, belə bir dövlət olmamalıdır. Yəni o torpaqlar Ermənistanın böyük hissəsini əhatə edir. Amma biz təbi ki, istər İrəvana, istərsə də başqa bir dövlətin ərazisinə təcavüzkar dövlətlər kimi iddia qaldırmırıq. Biz sadəcə olaraq öz tarixi torpaqlarımıza qayıtmaq istəyirik. Hansı ki, bizə məxsus olub. Bu baxımdan götürəndə 28 Mayın Müstəqillik Günü kimi, 18 Oktyabrın isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi çox mütərəqqi addımdır və gələcəyə hesablanmış bir məsələ kimi qəbul etmək olar".

Təhməz Əsədov


Etiketlər:  Ermənistanın varlığı Azərbaycandan asılıdır Bakıdan ÖNƏMLİ ADDIM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ