Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2021 23:10
"Komandada əhval-ruhiyyə əladır. Rəqib meydanında 3:0 hesablı qələbə hamımız üçün yaxşı oldu. Qalibiyyətə layiq idik. İlk qolumu vurduğum üçün şadam. Bizim üçün xüsusi gecə idi".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu İrlandiya millisinin futbolçusu Çidozi Oqbene Bakıda Azərbaycana 3:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
Görüşdə son qolun müəllifi olan 24 yaşlı irlandiyalı forvard özünə inandığını bildirib: "Baş məşqçi də məni uzun müddətdir izləyir. Azərbaycan millisi bu gün topla yaxşı oynadı və bizə çətinlik yaratdı. Sevinirəm ki, sonda sevinən tərəf biz olduq".