Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqları tənəffüs yollarının yad cisimlərdən qorumaq üçün...

Uşaqları tənəffüs yollarının yad cisimlərdən qorumaq üçün...

Tarix: 10 Oktyabr 2021 21:51

Tənəffüs yollarında yad cisimlərinə uşaqlarda və böyüklərdə rast gəlmək mümkündür. Yad cisimlər bərk və yumşaq olur. Ən təhlükəli yad cisim qalvanik batareyalardır. Həmin cismin tərkibi qələvi olduğuna görə toxuma ilə təmas edərkən turşuya nisbətdə daha dərin hüceyrə ölümünə (nekroz) səbəb olur. Turşular koaqulyasion nekroz, qələvilər isə kollikvasion nekroz əmələ gətirir. Tənəffüs yollarının yad cisimləri burun, burun-udlaq, valekula, armudabənzər ciblər, qırtlaq, traxeya (nəfəs borusu), bronxlar və ağciyərlərdə qala bilər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-otorinolarinqoloq Sevinc Cəfərova uşaqlardın tənəffüs yollarında qalan yad cisimlər barədə danışarkən deyib.

Həkim-mütəxəssis qeyd edib ki, valideynlər uşağın bir sıra şikayətlərinə əsasən, burun boşluğunda və ya qırtlaqda yad cismin qaldığını müəyyən edə bilərlər: "Əgər burunun bir dəliyindən gələn ifrazat qoxulu və qanlıdırsa, valideynlər uşağın burnunda yad cisim qaldığından şübhələnə bilərlər. Yad cisim qırtlaq və daha aşağılara düşdükdə isə uşaq öskürməyə başlayır. Belə olan halda, öskürək qoruyucu mexanizm rolunu oynayır, orqanizm yüksək təzyiqli hava axını sayəsində yad cismi xaric etməyə çalışır. Həmin əlamətlər müşahidə edildikdə mütləq həkimə müraciət etmək lazımdır. Təəssüf ki, valideynlər belə olan halda, ilkin olaraq "çöpçü"yə üz tuturlar. Həkimə müraciət edərkən alətlərin sterilliyindən narahatlıq hissi keçirən valideynlər "çöpçü"yə getdikdə gigiyenik qaydaları heç fikirləşmirlər. Valideynlər sonradan baş verə biləcək fəsadları nəzərə alaraq, vaxtında həkimə müraciət edilməlidir".

S.Cəfərovanın dediyinə görə, valideynlər uşaqların tənəffüs yollarına müxtəlif yad cisimlərin düşməməsi üçün diqqətli olmalıdırlar: "Uşaqlara çeynəmə vərdişini öyrətmək vacib şərtlərdəndir. Nəzərə almaq lazımdır ki, uşaqlara daim çox əzilmiş qidaların verilməsi nəticəsində, onların çeynəmə əzələlərinin funksiyası zəifləyir. Həmçinin yemək zamanı danışmaq və ya gülmək qida hissəciyinin aspirasiyasına səbəb olur. Aktiv fiziki hərəkət zamanı ağız boşluğunda heç nə olmamalıdır. Uşaqlar saqqız çeynəyərək aktiv hərəkət edə, qaça bilməzlər. Eyni zamanda, yad cisimlərlə ehtiyatlı davranmaq üçün uşaqların oyuncaqlarına diqqət yetirmək lazımdır. Oyuncaq seçərkən onun kiçik detallardan ibarət olmamasına, yaş qruplarına uyğun istifadəyə yararlı olmasına fikir vermək lazımdır".


Etiketlər:  Uşaqları tənəffüs yollarının cisimlərdən qorumaq üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ