Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2019 11:12
Bakı. Trend:
Son illər Azərbaycanda qan tədarükü artıb. 2005-ci ildə 10 tona yaxın, 2018-ci ildə 44 ton qan tədarük olunub. Yəni qan tədarükü 4.5 dəfə artıb.
Trend-in məlumatına görə, bunu Bakı Konqres Mərkəzində keçirilən 19-cu Beynəlxalq Gənclər Forumunda Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda 2000-ci illərə qədər qan donorluğu sahəsində problemlər var idi: "Amma 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Talassemiyasız həyat naminə" layihəsinə start verməsi bu sahədə olan problemləri aradan qaldırdı. Ölkənin hər yerində təsdiq olunan plana uyğun olaraq qanvermə aksiyaları keçirilir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin