Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyindən üçüncü doza ilə bağlı əhaliyə çağırış

Səhiyyə Nazirliyindən üçüncü doza ilə bağlı əhaliyə çağırış

Tarix: 11 Oktyabr 2021 11:58

"Azərbaycan Respublikasında "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Səhiyyə Nazirliyindən Sonxeber.net-a bildirilib ki, koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.

Digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. Xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Qeyd edək ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib.

Son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq. Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza ("buster" doza) ilə peyvəndlənməyə çağırır.

Qeyd edək ki, üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.


Etiketlər:  Səhiyyə Nazirliyindən üçüncü doza ilə bağlı əhaliyə çağırış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ