Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2021 12:12
Almaniyanın Visbaden şəhərində (Hessen federal torpağı) bir kişi ondan maska taxmasını tələb etdikləri üçün avtobusda bibər qazı səpib.
Sonxeber.net apa-ya istinadən xəbər verir ki, bu barədə Qərbi Hessen polisi məlumat yayıb.
Hadisə şənbə günü gecə baş verib. Gənc oğlan avtobusa maskasız minib. Bu zaman digər sərnişinlərlə qarşıdurma yaranıb, bundan sonra sürücü ondan avtobusdan düşməsini tələb edib. Buna etiraz olaraq həmin gənc bibər qazı səpərək qaçıb.
Hadisə nəticəsində üç nəfər göz qıcıqlanmasından şikayət edib, onlara hadisə yerində tibbi yardım göstərilib.
Polis şübhəli şəxsi saxlayıb.