Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Tarix: 14 Oktyabr 2021 11:12

101 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə səbəb Türkan qəsəbə sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmiryolu stansiyası - Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərməməsidir.

Bu gündən marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib.

Milli.Az


Etiketlər:  Sərnişinlərin NƏZƏRİNƏ Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi


RƏYLƏR