Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 23:27
Tanınmış sanitar həkim Gennadiy Onişenko payızda kovidlə yanaşı, qrip peyvəndinin də vacibliyini bildirib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkim canlı efirdəcə qrip peyvəndi olunaraq, peyvəndin 100% işləməsi üçün məsləhətlərini verib.
"Biz peyvəndləmədə çox geri qalmışıq. Hər bir insan uşaqlıqdan yaşlanana kimi hansı peyvəndi nə vaxt etdirəcəyini illər, aylar öncə bilməlidir, son saatda peyvənd etdirməməlidir. Kovid gəlib, qripi unutduz. Amma o heç yerə çıxıb getməyib.
Əksinə bu il daha çox adam yoluxduracaq. Peyvənd vurdurmaq mənim üçün adi işdir.Həm kovid, həm qrip peyvəndi olunmuşam.
Peyvəndlərdən immunitetin 100% işləməsi üçün vaksindən sonra bir müddət siqaret, içki və stresdən uzaq olmaq lazımdır ki,orqanizm tam gücü ilə işləsin".