Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin  qarşısı alınıb

Tarix: 16 Oktyabr 2021 08:22

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Milli.Az


Etiketlər:  Bakıda intihara cəhdin qarşısı alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ