Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliyada turistlərin olduğu qayıq aşıb, 3 nəfər ölüb, 7 nəfər itkin düşüb

Braziliyada turistlərin olduğu qayıq aşıb, 3 nəfər ölüb, 7 nəfər itkin düşüb

Tarix: 16 Oktyabr 2021 22:04

Braziliyanın cənub-qərbindən keçən Paraqvay çayında turistlərin olduğu qayıq qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər itkin düşüb.

İlkin məlumatlara görə, göyərtəsində 21 nəfərin olduğu turist gəmisi güclü külək səbəbindən aşıb və batıb.

Bildirilib ki, Korumba şəhərindəki otellərdən birində qalan turistlər hər gün qayıqla balıq tutmağa gedirmişlər.

Axtarış-xilasetmə əməliyyatına 12 dalğıc cəlb edilib

Milli.Az


Etiketlər:  Braziliyada turistlərin olduğu qayıq aşıb 3 nəfər ölüb 7 nəfər itkin düşüb


RƏYLƏR