Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayaqlarda qıcolmaların səbəbləri

Ayaqlarda qıcolmaların səbəbləri

Tarix: 16 Oktyabr 2021 22:15

İnsanların əksər hissəsi ayaqlarda qıcolmalarla rastlaşır.

Bir çox hallarda qıcolma gecə yuxu zamanı inkişaf edir. İnsan kəskin ağrıdan oyanır. Əksər hallarda qıcolmalar baldırlarda, bəzən pəncələrdə və ayaq barmaqlarında olur. Əgər belə qıcolamalar tez-tez təkrarlanırsa, həkimlə məsləhətləşin. Ayaqlarda qıcolmalar bəzi ciddi pozulmaların əlaməti ola bilər.

Qıcolmaların səbəbləri

- Mikroelementlərin defisiti. İlk növbədə bu orqanizmdə kalsium, kalium və maqnezium kimi vacib mikroelementlərin defisitinə aiddir.

Belə defisit bəzi dərman preparatların qəbulu (məsələn, sidikqovucu preparatların) nəticəsində mümkündür. Monopəhrizlər də (müəyyən müddət ərzində yalnız hər hansı bir məhsulun qəbulu) orqanizmdə vitamin və mikroelementlərin defisitinə səbəb ola bilər.

Hamiləlik zamanı qadın orqanizmində bu maddələrə olan tələbat artır. Əgər bu maddələr qadın orqanizminə lazım olan miqdarlarda daxil olmazsa, qadın qıcolmalarla  rastlaşacaq.

Güclü tərləmə də (isti hava nəticəsində, aktiv idman məşqləri nəticəsində və s.)  mikroelementlərin defisitinə gətirib çıxarda bilər.

- Fiziki yükləmələr və idman. Əzələlərin uzun müddət ərzində gərgin olması qıcolmalara səbəb ola bilər.

- Soyuqlama qıcolamlara səbəb ola bilər. Bu halla soyuq suda üzən insanlar rastlaşa bilər.

- Varikoz xəstəliyi ayaqlarda ağırlıq, ağrılar, qıcolamalar kimi simptomlardan başlayır. Əgər siz bu xoşagəlməz hallarla tez-tez rastlaşırsınızsa, fleboloqa və ya damar cərraha müraciət edin.

- Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar ayaqlarda qıcolamalarla tez-tez rastlaşır. Bu xəstəlik zamanı ayaqların qan damarlarında və sinir toxumasında pozulmalar inkişaf edir ki, bu qıcolmalara səbəb olur.

- Ayaqlarda arteriyaların zədələnməsi qıcolmalara səbəb ola bilər. Bu çox ciddi pozulmadır ki, bunun nəticəsində ayaqlarda qan dövranı çox ciddi pozula bilər və insanda hətta qanqrena (bədənin bir yerində toxumaların çürüməsi) inkişaf edə bilər.

- Köhnə travmalar (sınıqlar və s.) qıcolmalara səbəb ola bilər.

- Yastıpəncəliyi olan insanlar qıcolmalardan daha tez-tez əziyyət çəkir.

Ayaqlarda qıcolmalar zamanı ilk yardım məqsədi ilə

- ayağa hər hansı iti əşya (iynə, sancaq) batırmaq və ya ayağı çimdikləmək olar. Bu qıcolmanı çox tez aradan qaldırır.

- Ayaqyalın düz soyuq səthdə bir qədər gəzin.

- Əzələni aktiv şəkildə massaj edin.


Etiketlər:  Ayaqlarda qıcolmaların səbəbləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ