Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəmləndirici kremlərdən istifadə zamanı buraxılan səhvlər

Nəmləndirici kremlərdən istifadə zamanı buraxılan səhvlər

Tarix: 17 Oktyabr 2021 16:00

Düzgün seçilmiş nəmləndirici cildi yumşaq və daha elastik edərək, yaşlanmasını ertələyir. Lakin düzgün və qədərində istifadə olunmayan hər məhsul kimi nəmləndiricilər də dərinizə ziyan vura bilər.

Sonxeber.net Axşam.az-a istinadən nəmləndirici kremlərdən istifadə edərkən buraxılan səhvləri təqdim edir. 

Quru dəriyə nəmləndirici çəkmək

Nəmləndirici kremin ən düzgün istifadə vaxtı duşdan çıxdıqdan sonra dərhal çəkilməsidir. Dəri nəmli olduqda, məsamələr hələ də açıq olur. Bu da nəmləndiricinin dərinin dərinliyinə nüfuz etməsinə imkan verir.

Yağlı dəriyə sahib olduğunuz üçün nəmləndiricidən istifadə etməmək

Bu tip insanlar dərilərinin artıq nəmə ehtiyacı olmadığını, bəziləri isə cildi daha da yağlanacağını düşünür. Ancaq yağlı, quru və ya qarışıq dəriyə sahib olmağınızdan asılı olmayaraq nəmləndiricidən istifadə etməlisiniz.

Mütəmadi və ya nizamsız istifadə

Dərinizə gündə bir dəfə nəmləndirici kremlə qulluq etməyə çalışın. Onun yenidən quruyub bərpa etdiyi zənciri təkrar qırmayın.

Nəmləndiricidən göz kremi kimi istifadə

Göz ətrafındakı dəri çox həssasdır. Bu bölgə üçün xüsusi olaraq hazırlanmış məhsullara var. Ətirli nəmləndiricilər həssas dərini qıcıqlandıra, şişkinlik yarada, gözünüzlə təmas edərsə, yandıra bilər.

Tərkibinə fikir verməmək

Tərkibini oxumadan nəmləndirici kremlər almayın. Sizin üçün qablaşdırmanın gözəl olması deyil, tərkibi önəmli olmalıdır. Tərkibində kakos, zeytun yağı və ya aloe vera kimi maddələr olan nəmləndiricilərə üstünlük verin.

Nəmləndiricini çəkər-çəkməz tonal krem dən istifadə

Nəmləndiricinin dəriyə tam nüfuz etməsinə vaxt ayırsanız bu zaman tonal kremi bərabər şəkildə üzə yayaraq qüsurları örtə bilərsiniz.

İllərcə eyni məhsuldan istifadə

Yaşla birlikdə cildin ehtiyacları da dəyişir. Eyni məhsula sadiq qalmaq dərinizə heç bir şəkildə fayda verməyəcək.

Həddindən artıq çox istifadə

Nəmləndiricidən qalın qat çəkməyə ehtiyac yoxdur. Düzgün kremdən istifadə etdiyinizə əminsinizsə, nazik təbəqə çəkərək də üzünüzə qulluq edə bilərsiniz.

Təkcə üzə çəkmək

Nəmləndirici kremlər təkcə üz üçün nəzərdə tutulmayıb. Boynunuza, qollarınıza, dirsəklərinizə, ayaqlarınıza, əllərinizə və barmaqlarınıza çəkərək daha yumşaq cildə sahib ola bilərsiniz.


Etiketlər:  Nəmləndirici kremlərdən istifadə zamanı buraxılan səhvlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ