Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın rəqibi doğma meydanda sevindi

Tarix: 17 Oktyabr 2021 21:34

Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Omoniya" Kipr çempionatında növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 6-cı turda "Apollon"u qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Omoniya" hazıra turnir cədvəlində 7 xalla 6-cı pillədədir.

Xatırladaq ki, "Qarabağ" "Omoniya"ya qarşı səfərdə keçirdiyi ilk oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda keçiriləcək.

Milli.Az


Etiketlər:  Qarabağın rəqibi doğma meydanda sevindi


RƏYLƏR