Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə lisey tələbəsi bıçaqlanıb

Gəncədə lisey tələbəsi bıçaqlanıb

Tarix: 28 Oktyabr 2021 21:24

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 1 nömrəli Gəncə Peşə Liseyində qeydə alınıb. Liseyin tələbəsi Samux rayonun Sərkar kənd sakini 2004-cü il təvəllüdlü Zeynal Məmmədov bud nahiyəsində bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az


Etiketlər:  Gəncədə lisey tələbəsi bıçaqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ