Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahir Emrelini ittiham etdiyi üçün məhkəməyə veriləcək

Mahir Emrelini ittiham etdiyi üçün məhkəməyə veriləcək

Tarix: 29 Oktyabr 2021 07:16

Polşanın "Legiya" klubu sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verməyə hazırlaşır.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Varşava təmsilçisinin yaydığı bəyanatda bildirilib.

Buna Kovalçikin komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandırması səbəb olub. Klub veteran forvarda qarşı hüquqi addımlar atılacağını bəyan edib. Bəyanatda bəzi oyunçuların və klub rəsmilərinin ev icarəyə götürmələri və orada əyləncə məclisi təşkil etmələri də təkzib edilib.

Xatırladaq ki, Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb.


Etiketlər:  Mahir Emrelini ittiham etdiyi üçün məhkəməyə veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ