Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Altmış yaşımda Əməkdar artist olmağım gülməli çıxar“ - Arzu Rzayev

“Altmış yaşımda Əməkdar artist olmağım gülməli çıxar“ - Arzu Rzayev

Tarix: 29 Oktyabr 2021 18:20

"Mən heç fəxri ad almağın marağında deyiləm. Yəqin ki, bir sənətçi kimi buna haqqımız yoxdur, hələ böyüməmişik. Artıq qırx ildir ki, oxuyuram. Heç olmasa pensiyadan filandan versəydilər, dolanardıq. Zarafat edirəm, cidiyə almayın. (Gülür) İndi əsas odur ki, bankda hesabın olsun. Fəxri adımız olmalıydı, amma o mahnıda deyildiyi kimi olmadı"

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında estrada müğənnisi Arzu Rzayev deyib. Müğənni bütün bunlara görə kənara çəkildiyini bildirib:  

"Üç aydan sonra altmış yaşım tamam olur. Açığı efirlərə də çıxmıram, bağda oturmuşam və Robinzon Kruzo kimi yaşayıram. Ümumiyyətlə, heç kimi nə görmək, nə də eşitmək istəmirəm. Altmış yaşım var, adımın qabağına yazırlar ki, müğənni. Elə ondansa çilingər, bağban yazın. Ya da elə öz ad soyadımı yazın, bəs edir. Bəlkə haçansa, o dünyada fəxri adımızı verərlər, bilmirəm. Atam-anam mənə ad, soyad verib və bununla da üzüağ, alnıaçıq yaşamışıq. Altmış yaşımda mənim Əməkdar artist olmağım gülməli çıxar. Heç Xalq artisti fəxri adı da lazım deyil".

Müğənni efirlərimizdən də gileylənib və kanalı kluba çevirdiklərini bildirib: 

"Bir etab olsaydı, efirlərdəki dovğa bişirən xanımlardan canımız qurtarardı, işimizi də qaydasına düşərdi. Karaoke oxumaq üçün iki amil vacibdir: bir vicdanın olmaması, bir də yaxşı görmək qabiliyyəti. İndi efirləri karaokeyə döndəriblər. Əvvəllər klublar var idi, indi televiziyaları da klublara döndəriblər". 


Etiketlər:  Altmış yaşımda Əməkdar artist olmağım gülməli çıxar Arzu Rzayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ