Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu xəstələr mütləq sarımsaq yeməlidir - Əzdikdən sonra qəbul edin

Bu xəstələr mütləq sarımsaq yeməlidir - Əzdikdən sonra qəbul edin

Tarix: 29 Oktyabr 2021 22:45

Əzib 10 dəqiqə gözlədilmiş çiy sarımsaq və soğanı pəhrizinizə daxil edin. Sarımsaq bakteriya və viruslarla mübarizə aparan ağ qan hüceyrələrinin istehsalını stimullaşdırır.

Milli.Az xəbər verir ki, bu sözləri daxili xəstəliklər və fitoterapiya mütəxəssisi Aynur Arslan tez-tez infeksiyaya yoluxan insanların immunitetlərini gücləndirməyin yollarından danışarkən deyib.

O bildirib ki, sarımsağın tərkibindəki kükürd birləşmələri qan axınını artırır və dövranı sürətləndirir: "İmmunitet sistemini gücləndirən maddələrdən biri allisindir. Bişmiş sarımsaqda allisinin effektivliyi azalır.

Sarımsaqdan faydalanmaq istəyiriksə, onu əzib 10 dəqiqə gözləyib çiy halda istehlak etməliyik. Soğanın tərkibində immuniteti gücləndirən allisinlə yanaşı, quersetin adlı "gizli silah" da var. Allergiyada tövsiyə olunan təbii məhsullardan biri olan quersetin histamin reaksiyasını və iltihabı azaldır, antioksidantdır və soyuqdəymə zamanı virusların təkrarlanmasını, ağciyər infeksiyasını azalda bilər. Kəklikotu, rozmarin və adaçayı kimi çox qiymətli dərman bitkilərini pəhrizinizə əlavə edib faydalanmağı da unutmayın". /publika.az

Milli.Az


Etiketlər:  Bu xəstələr mütləq sarımsaq yeməlidir Əzdikdən sonra qəbul edin


RƏYLƏR