Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəs, bəylər toya necə geyindi? - FOTO

Bəs, bəylər toya necə geyindi? - FOTO

Tarix: 30 Oktyabr 2021 00:25

Müğənni Sevda Yahayevanın toy məclisinə qatılan məşhur xanımların geyimləri günlərdir müzakirə edilir.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu dəfə məclisə gələn tanınmış kişilərin geyimlərini təqdim edir.

Xalq artisti Faiq Ağayev toya boz rəngli kostyum geyinib. O, tərzini mavi qalstuk və qəhvəyi ayaqqabı ilə tamamlayıb.

Gecədə klassik tərzə üstünlük verənlərdən biri də Əməkdar artist Xəyyam Nisanov olub. Müğənni qəhvəyi kostyumunu, ağ köynək və etro tərz qalstukla rəngləndirib.

Əməkdar artist Ədalət Şükürov həmkarlarından fərqli olaraq, kostyum yox, başqa tərz seçib. O, tünd rəngli klassik şalvarını mavi rəngli "Gucci" brendindən olan köynəyi ilə tamamlayıb.

Müğənni Zamiq Hüseynov tünd rəngli kostyum geyinib. Sənətçi geyimini qırmızı dəsmalla rəngləndirib. İfaçı qızılı aksessuarlarla tərzini tamamlayıb.

Gecənin rəngli geyinənləri arasında müğənni Rüfət Axundov da yer alıb. Xətli göy rəngli kostyum geyinən Axundov sarı qalstuk və yaxa dəsmalından istifadə edib.

Stilist Elnur Həsənov tünd qırmızı şalvarın üstünə bej pencək və ağ köynək seçib. O, tünd qırmızı rəngli qalstuk taxıb.

Əməkdar artist Vasif Məhərrəmli də tünd rəngə üstünlük verib. O, klassik kostyumunu mavi qalstukla rəngləndirib. 

Müğənni Elçin Hüseynov isə məxmər pencək geyinib. O, qara rəngli geyimini qara köynəklə tamamlayıb.

Müğənni Ceyhun Əliyev isə məclisdə boz rəngli pencəyi ilə həmkarlarından seçilib.

Müğənni Hacı Nazim Məmmədov tünd rəngli kostyum, mavi köynək geyinib.


Etiketlər:  Bəs bəylər toya necə geyindi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ