Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maq Bakinskiyə 11 il həbs cəzası verildi

Maq Bakinskiyə 11 il həbs cəzası verildi

Tarix: 30 Oktyabr 2021 07:48

Bryansk vilayət məhkəməsi kriminal aləmdə Qazi Bryanski və Maq Bakinski kimi tanınan 41 yaşlı azərbaycanlı Qəzənfər İsmayılova hökm oxuyub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda və qəsdən sağlamlığa orta-ağır zərər vurmaqda təqsirli bilinib.

Müəyyən edilib ki, İsmayılov cəzasını islah müəssisələrində çəkdiyi müddətdə cinayət ideologiyası ilə aşılanıb. Bryansk vilayətinin yeraltı dünyasında o, "sahibkar" adlanan liderin yerini tutub.

Prokurorluğun mətbuat xidməti xəbər verir ki, Qəzənfər İsmayılov 2019-cu ilin noyabr ayında Bryansk şəhərindəki qəlyan barında kriminal statusunu nümayiş etdirmək məqsədilə Azərbaycan vətəndaşını döyüb.

Ötən ilin yayında Dağıstanda federal axtarışda olan kriminal avtoritet polis əməliyyatçıları və FTX-nnn xüsusi təyinatlıları tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə Qazi Bryanski 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə xüsusi rejimli cəzaçəkmə müəssisəsində 11 il azadlıqdan məhrum edilib.


Etiketlər:  Bakinskiyə həbs cəzası verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ