Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 08:04
Fransa Liqa 1-də 12-ci tura start verilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Lider PSJ doğma meydanda son çempion "Lill"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
PSJ - "Lill" - 2:1
Qollar: David, 31 (0:1), Markinyos, 74 (1:1), Di Mariya, 88 (2:1)
Bu qələbə ilə xalını 31-ə yüksəldən Paris təmsilçisi turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Lill" isə 15 xalla 11-cidir.