Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanovla 200-cü qələbə

Qurban Qurbanovla 200-cü qələbə

Tarix: 29 Aprel 2019 12:24

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.
 
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 26-cı turunun “Zirə” ilə səfər oyununa təsadüf edib.

2008-ci ildən “Qarabağ”ı çalışdıran Qurbanov 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub.

Qeyd edək ki, Qurbanovun Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir.

 


Etiketlər:  Qurban Qurbanovla qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ