Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yarımkeçirici qıtlığı avtomobil sənayesini təhdid edir

Yarımkeçirici qıtlığı avtomobil sənayesini təhdid edir

Tarix: 31 Oktyabr 2021 10:04

Yarımkeçiricilərin qıtlığına görə bu il böyük şirkətlər istehsalı ciddi şəkildə azaltmağa məcbur olub.

Milli.Az APA-ya istinadən bildirir ki, "Volkswagen" qrupu istehsalı 24%, "Stellantis" isə 27% geriləyib. Çiplərin çatışmazlığına görə böyük şirkətlər istehsal tempini azaldıb.

Almaniya, Fransa, İtaliya və Türkiyədə çox sayda zavodun fəaliyyəti dayanıb. Birləşmiş Krallıqda istehsal sentyabrda 41% azalaraq 1982-ci il səviyyəsinə enib. "Peugeot", "Fiat" və "Chrysler"i birləşdirən "Stellantis" qrupu isə planlaşdırılandan 600 min ədəd az avtomobil istehsal edib. "General Motors"un dövriyyəsi ötən ilin üçüncü rübündə 35,5 milyard dollar olduğu halda, bu ilin müvafiq dövründə göstərici 26,8 milyarda enib.

Ümumilikdə bu il dünyada 2020-ci ildəkindən 7,7 milyon ədəd az avtomobil istehsal ediləcəyi gözlənilir.

Milli.Az


Etiketlər:  Yarımkeçirici qıtlığı avtomobil sənayesini təhdid edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ