Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AMEA-nın şöbə müdiri vəfat etdi

AMEA-nın şöbə müdiri vəfat etdi

Tarix: 31 Oktyabr 2021 12:58

Tanınmış ədəbiyyatşünas alim Cəlal Qasımov vəfat edib.

Milli.Az xəbər verir ki, filologiya elmləri doktoru, professor 61 yaşında dünyasını dəyişib.

Cəlal Qasımov 2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri idi.

O, ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də, siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın və əsərlərin, bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifi idi.

Allah rəhmət eləsin!

Milli.Az


Etiketlər:  AMEA nın şöbə müdiri vəfat etdi


RƏYLƏR