Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Qarabağa hərbi texnika toplayır - Müharibə hazırlığı kimə lazımdır?

Ermənilər Qarabağa hərbi texnika toplayır - Müharibə hazırlığı kimə lazımdır?

Tarix: 2 Noyabr 2021 00:18

"Ermənistanın kapitulyasiya aktına imza atandan sonra həmin o anlaşmaya görə onların bütün qanunsuz silahlı dəstələri Qarabağı tərk etməli idi. Bundan sonra Rusiya sülhməramlıları mandatsız da olsa Qarabağa daxil oldular və hazırda Qarabağa dislokasiya olublar, fəaliyyət göstərirlər".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Ekspert bildirib ki, Qərb Ermənistanın Qarabağda mövqelərini gücləndirməkdə maraqlıdır:

"Sülhməramlıların tələmtələsik gəlib Qarabağa yerləşməsi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmadı. Müxtəlif ekspertlərin hərəsindən bir fikir eşitdik. Biri bu hadisəni xoş qəbul etdi, bir qismi bunu Rusiyanın Azərbaycanı yenidən "ələ keçirməsi" kimi qiymətləndirdi. Amma biz ümid etdik ki, çox güman ki, sülhməramlılar gəldisə, oradakı qanunsuz erməni silahlı dəstələri tərkisilah edəcəkdir, onların qeyri-qanuni fəaliyyətlərinə son qoyulacaqdır. Amma təbii ki, biz bunların heç birini sonradan görmədik. Açığı bu 1 il müddətində sülhməramlıların fəaliyyətini qiymətləndirsək, yalnız gördük ki, ancaq oradakı ermənilərə humanitar göstərdi, onlara humanizm nümayiş etdirdi. Daha çox bu işlərlə məşğul oldular, nəyinki biz ümid bəslədiyimiz və gözlədiyimiz işləri gördülər. Bu da faktdır ki, hətta kontingentin Qarabağda olması belə qanunsuz erməni silahlılarının təxribatlar törətmələrinə, atəşkəsin tez-tez pozulmasına əngəl olmadı. Hətta onların törətdikləri bu təxribatlar nəticəsində şəhidlərimiz də oldu. 

Ermənistanda və digər ölkələrdəki revanşist qüvvələrin də əsas istəyi odur ki, Qarabağda sabitlik, sülh olmasın, dünyaya rus sülhməramlılarının çarəsiz olduğunu, vəzifələrinin öhdəsindən gəlməyi bacarmadıqlarını göstərməkdir. Bu hadislər fonunda görürük ki, sülhməramlılar həqiqətən də bir çox məsələlərdə erməni tərəfinə göz yumurlar, qanunsuz fəaliyyətlərinə imkan yaradırlar, bir çox məsələlərdə kifayət qədər güzəştlərə gedirlər. Elə bir faktı da deyim ki, hazırda Xankəndində  İtaliyanın iki böyük tikiş şirkətinin nümayəndələri fəaliyyət göstərirlər, oradakı ermənilərə kurslar keçirlər, geyim dəstələrinin tikiş qaydası öyrədilir və Qarabağda ermənilərin tikdikləri həmin geyim dəstləri sözügedən şirkətlərin əli ilə beynəlxalq bazarlara çıxarılacaq, satılacaq. İtaliyanın iki şirkəti Qarabağa necəgəlib keçib? Onlar necə bir aylıq Qarabağdadırlar? Çünki bunlar 44 günlük müharibəyə qədər də orada idilər. Müharibə başlayanda onlar Xankəndini tərk etmişdilər, yenidən qayıdıblar. Necə keçiblər ora? Keçiblərsə, təbii ki, Laçın dəhlizi vasitəsilə rus sülhməramlılarının qurduqları o postlardan keçiblər. Onların qarşısı niyə alınmayıb? Onlar nə üçün buraxılıb? 

Sənin missiyanın nədir? Sən burada missiyanı yerinə yetirməyə gəlmisən, yoxsa sənə aid olmayan işlərlə məşğul olmağa? Qarşıda hələ 4 il var. Bu 4 ildə onların fəaliyyəti necə olacaq, bunu zaman özü göstərəcəkdir. Ermənistan özbaşına deyil, xüsusilə də Qərb hazırda Ermənistanın Qarabağda mövqelərini gücləndirməkdə maraqlıdır. Çox güman ki, sülhməramlılara müqavimət göstərmək üçün də qanunsuz erməni silahlılarına Qərbdən tapşırıqlar gəlib ki, Qarabağda vəziyyət daha da qeyri-sabit hal alsın və Qərbin də qoşunlarının bölgəyə gəlişi üçün zərurət yaransın, imkan düşsün. 

Müxtəlif mənbələrdən verilən məlumatlarda da tanış oluruq ki, ermənilər Qarabağda silah-sursat və hərbi texnika toplamaqla bunun sayını artırırlar. Təbii ki, bütün bunlar hamısı Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Ola bilməz ki, onlar onu görməsinlər, bilməsinlər. Ümumilikdə ermənilərin qanunsuz silahlı birləşmələrinin son 1 illik müddətdə etdikləri əməllər, törətdikləri təxribatlar deməyə əsas verir ki, qarşı tərəf revanşa, daha böyük təxribatlara hazırlaşır. Bununla bölgədəki vəziyyəti gərginləşdirməyə çalışır. Çünki bölgədə, regiondakı vəziyyətin gərginləşməsi Ermənistanın marağındadır, Azərbaycanın yox. Ermənistan tərəfi müəyyən əməllərlə çalışır, vaxt udsun. Bu vaxt ərzində onlar hm silahlanmağa çalışırlar, həm də diplomatik dəstək qazanmağı planlayırlar". 

Təhməz Əsədov


Etiketlər:  Ermənilər Qarabağa hərbi texnika toplayır Müharibə hazırlığı kimə lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ