Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 22:57
30 ildən çoxdur Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış və 44 günlük müzəffər savaşımızdan sonra da Qarabağın Rusiyanın sülhməramlı hərbi kontingentinin nəzarətində qalan hissəsində tör-töküntüləri sülənən separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan bu gün Xankəndinin Tumanyanın küçəsində çoxmərtəbəli bina tikintisinə baş çəkib.
Sonxeber.net kanal.az-a istinadən bildirir ki, Araik tikintini aparan şirkət rəhbərlərinə göstərişlər verib. Onlar bildirib ki, cəmi 300 mənzillik binalar 2021-ci ilin sonunadək hazır olmalıdır.
Qeyd edək ki, bir müddət əvvəl xəbər verdiyimiz kimi, separatçı rejim Şuşa rayonunun Xankəndi şəhərinə, demək olar ki, bitişik olan "Açapnyak" adlandırılmış Malıbəyli kəndində də əsasən Hadrutdan köçürülmüş ermənilər üçün yaşayış binaları tikilir.
Xatırladaq ki, bir il öncə - 2020-ci ilin oktyabrında Gəncəyə ballistik raketlər atılması əmrini birbaşa özünün verdiyini etiraf edən Araik Arutyunyan Azərbaycan dövləti tərəfindən İnterpolla beynəlxalq axtarışa verilib...