Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təranə Qumralın şəhid qardaşının qızının toyu oldu - VİDEO - FOTO

Təranə Qumralın şəhid qardaşının qızının toyu oldu - VİDEO - FOTO

Tarix: 3 Noyabr 2021 15:15

Müğənni Təranə Qumralın ailəsində xoş gün yaşanıb.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçinin şəhid qardaşı Firdovsi Məmmədovun qızı sevdiyi şəxslə ailə həyatı qurub.

Cütlüyün toyu şəhər restoranlarından birində keçirilib.

Mərasimdə Qumralın sənət dostları Manaf Ağayev, Nuşabə Ələsgərli, İzzət Bağırov, Afət Fərmanqızı və digərləri iştirak ediblər.

Onlar Təranəni bu xoş gün münasibətilə təbrik edib qardaşı qızına xoşbəxtlik arzu ediblər.

Qeyd edək ki, sənətçinin qardaşı Firdovsi Məmmədov I Qarabağ müharibəsi zamanı 1991-ci il dekabrın 11-də Xankəndi ətrafında gedən döyüşlərdə başından yaralanaraq şəhid olub. Firdovsi Məmmədov Milli Ordunun ilk şəhididir.

Milli.Az


Etiketlər:  Təranə Qumralın şəhid qardaşının qızının toyu oldu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ