Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 08:36
Nar çox faydalı meyvədir. Lakin adətən tulladığımız bu meyvənin qabıqları da çox faydalı müalicəvi məhsuldur.
Nar qabıqlarının tərkibində müxtəlif faydalı maddələr var (antioksidantlar, orqanik turşular, büzücü maddələr və s.). Bu səbəbdən nar qabıqları xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunur.
1. Nar qabıqları ürək üçün çox faydalıdır - ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. Ürək xəstəlikləri zamanı 1 orta ölçüdə olan nar qabıqlarının üzərinə 1 stəkan qaynar su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində çay kimi için. Dəmləməyə bal və zəncəfil əlavə etmək olar.
2. Nar qabıqları ishal zamanı çox yaxşı kömək edir - bağırsaqları "yığır", iltihabı azaldır. Nar qabıqlarını çay kimi dəmləyin (1-ci reseptdə göstərilib) və gün ərzində qəbul edin. Belə dəmləməni uşaqlara da vermək olar.
3. Nar qabıqlarının dəmləməsi güclü büzücü təsirə malikdir və bu səbəbdən damaq problemləri zamanı çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Dəmləmə ilə ağzınızı gün ərzində bir neçə dəfə qarqara edin. Dişdə iltihab zamanı (flüs), dişin çəkilməsindən sonra nar qabıqlarının dəmləməsinə 1 çay qaşığı duz əlavə edin və qarqara edin və ya dəmləməni ağzınıza alın və bir neçə dəqiqə ərzində xəstə və ya çəkilmiş diş olan tərəfdə saxlayın. Diş çəkiləndən sonra qanaxma bəzən kifayət qədər güclü olur. Nar qabıqlarının dəmləməsi qanaxmanın dayandırmağında kömək edir.
Ümumillikdə ağız boşluğunda istənilən iltihab, yara və s. zamanı nar qabıqlarının dəmləməsi çox yaxşı kömək edir.
4. Nar qabıqlarının dəmləməsi qurdqovucu təsirə malikdir.
5. Nar qabıqlarının dəmləməsi öskürək zamanı da yaxşı kömək edir. Dəmləməni 1/3 stəkan olmaqla gün ərzində 3 dəfə ilıq şəkildə için. Dəmləməyə bal əlavə edin.
6. Nar qabıqlarının dəmləməsi qastrit və mədə xorası zamanı da müalicəvi təsi edir - iltihabı azaldır, xora və eroziyaların sağalmasını tezləşdirir.