Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 11:12
"Yaxın günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilməsi mümkündür".
Sonxeber.net "Sputnik Armeniya"ya istinadən bildirir ki, bunu Ermənistan XİN başçısının müavini Vahe Gevoqyan deyib: "Nazirlər arasında yeni görüşlər istisna deyil. Danışıqlar prosesinin bərpası üçün ardıcıl şəkildə çalışırıq. Belə fəaliyyətin nəticələrindən biri Ararat Mirzoyan və Ceyhun Bayramovun Nyu-Yorkda görüşü, habelə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətin əvvəlki formatda davamı ilə bağlı bəyanatı oldu. İşlər davam edir. Danışıqlar prosesinin bərpası üçün gərəkli şərtlər yaradılacaq".
V.Gevorkyanın dediyinə görə, "3+3" (Azərbaycan, Rusiya, Ermənistan+Türkiyə, İran, Gürcüstan) forrmatı ilə bağlı yekun qərar hələ yoxdur: "Regional əməkdaşlığın formatı artıq mövcud olan formatları, o cümlədən ATƏT-in Minsk Qrupunu təkrarlamamalıdır. Region sürəkli olaraq dəyişir, üçpilləli qarşılıqlı fəaliyyət formatları yaranır, Ermənistan başqa formatlarla bağlı təkliflər də alır. Bu səbəbdən bütün riskləri hesablayaraq vahid yanaşma hazırlanmalıdır. Ermənistan indi bütün təklifləri müzakirə edir".