Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hava şarlarında stratosferə uçmaq mümkün olacaq

Hava şarlarında stratosferə uçmaq mümkün olacaq

Tarix: 4 Noyabr 2021 13:36

Stratosfer şarları tezliklə ulduzlara səyahət üçün növbəti variant olacaq.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ABŞ-ın "World View" şirkəti yeni layihəsini təqdim edib. Bu, səkkiz sərnişin daşıya bilən futuristik kapsuldur. Nəhəng şar onu stratosferə (ən azı 30 min metr) qaldırır.

Qeyd edilir ki, bu, kosmosun rəsmi sərhədini keçmək üçün kifayət etmir (o, 100 km hündürlükdə təsdiq edilib), lakin mavi planetdən və onun digər tərəfindəki mütləq qaranlıqdan zövq almağa imkan verəcək.

Uçuşun altı saatdan səkkiz saata qədər davam edəcəyi gözlənilir.

Startapın baş direktoru Rayan Hartman bildirib ki, onun şirkəti 2024-cü ildə ilk şarları havaya buraxmağı planlaşdırır. Turist üçün buraxılışın qiyməti 50 min dollardır. Bu, "Blue Origin" və "Virgin Galactic" kosmik turizm şirkətlərinin qiymətlərindən xeyli aşağıdır.


Etiketlər:  Hava şarlarında stratosferə uçmaq mümkün olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ