Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2019 23:12
Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli ilə görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan S.Mehdiyev Azərbaycanla Tacikistan arasındakı mövcud əlaqələrdən bəhs edib, iki ölkə arasında tarixi dostluq münasibətlərinin əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb.
Gömrük sahəsində də səmərəli əməkdaşlığın qurulduğunu vurğulayan S.Mehdiyev müxtəlif beynəlxalq tədbirlərdə və layihələrdə iki ölkənin gömrük orqanlarının vahid platformadan çıxış etməsini bunun bariz nümunəsi olduğunu bildirib.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar gömrük sistemində idarəetmənin təkmilləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində uğurların əldə olunmasına şərait yaradıb. Komitə sədri informasiya texnologiyalarinin tətbiqi, risklərin idarə edilməsi, avtomatlaşdırılmış idarəetmə sistemi sahəsində Azərbaycan gömrüyünün nümunəvi təcrübə qazandığını və bu təcrübəni tacikistanlı həmkarları ilə bölüşdüyünü də diqqətə çatdırıb.
R.Soli qarşılıqlı əməkdaşlıq əlaqələrindən razılığını bildirib, bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Səfir Azərbaycanla Tacikistan arasında iqtisadi, siyasi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, iki ölkənin gömrük orqanları arasında işgüzar və səmərəli dialoqun da bu əlaqələrin inkişafına töhfə verdiyini söyləyib.
R.Soli Azərbaycan gömrüyündə tətbiq edilən yenilikləri nəzərə almaqla Tacikistan gömrük xidmətinin bu təcrübədən yararlanmaqda maraqlı olduğunu, o cümlədən tacikistanlı gömrükçülərin Azərbaycanda təlim keçməsinin məqsədəuyğunluğunu bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin