Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrafçılıq barədə

İsrafçılıq barədə

Tarix: 4 Noyabr 2021 21:20

Əhli-beytdən (ə) nəql edilir: "Hər meyl etdiyin şeyi yemək də israfdır".

İmam Əli (ə) buyurur: "Vay olsun israfçıya. Vücudunun faydasından, həyatının dərkindən necə də uzaqdır".

İmam Sadiq (ə) buyurur: "İsrafçının üç nişanəsi var: şəninə uyğun olmayan şey alır, geyinir və yeyir". Həzrət (ə) başqa yerdə buyurur: "Həqiqətən orta həddi gözləmək bir həqiqətdir ki, Allah Təala onu sevir. İsrafçı ilə düşməndir. İsraf o yerə qədərdir ki, yeyilmiş xurmanın dənəsi əgər əkmək üçün yararlıdırsa, atasan və ixtiyarında olan suyu çox olduğu üçün boşaldasan".

Həzrət Əli (ə) buyurur: "O kəsin ki, sərvəti var, fəsad edər. Həqiqətən israf odur ki, sərvəti qeyri-mənasında xərcləyəsən. Bu cür yersiz xərcləmə sərvət sahibinin adını insanlar arasında ucaldar, Allah yanında isə alçaldar".


Etiketlər:  İsrafçılıq barədə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ